Bank Of Baku

Məşhur futbolçu dünyasını dəyişib

Məşhur futbolçu dünyasını dəyişib
# 26 avqust 2013 13:38 (UTC +04:00)

Bakı – APA. Braziliya daha bir məşhur futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, yığmanın heyətində 2 dəfə dünya çempionu olan Jilmar vəfat edib. 1958 və 1962-ci illərdə mundialın qalibi olan qolkiper 83 yaşında ürəktutmasından dünyasını dəyişib. 

 

Braziliya Futbol Konfederasiyası qərara alıb ki, sentyabrın 7-də Avstraliya ilə keçiriləcək yoxlama oyununu Jilmarıln xatirəsini yad etmək məqsədilə 1 dəqiqəlik sükutla başlansın. Həmin matça “pentakampeonlar” meydana qara sarğı ilə çıxacaqlar.

 

İkiqat dünya çempionu 1953, 1957 və 1959-cu illərdə Cənubi Amerika birinciliyinin, “Santos”un heyətində isə 2 dəfə Libertadores kuboku və Qitələrarası kubokun qalibi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR