Bank Of Baku

Messi böyrəyindən əməliyyat olunub

Messi böyrəyindən əməliyyat olunub
# 09 fevral 2016 15:56 (UTC +04:00)

Bakı - APA. Argentina yığmasını və İspaniyasnın "Barselona" komandasının hücumçusu Lionel Messi fevralın 9-da əməliyyat olunub.

 

APA-nın "Sport.es" saytına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı onun böyrəyindəki daşlar təmizlənib.

 

Futbolçu artıq xəstəxanadan buraxılıb.

 

Onun bu həftə məşqlərə başlayacağı və növbəti turda "Selta" ilə qarşılaşmada meydana çıxacağı gözlənilir.

 

İspaniya çempionatının geridə qalmış 17 turu ərzində 28 yaşlı L. Messi 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR