Bank Of Baku

Milli komandamız hərbçilər arasında dünya kubokuna böyük hesablı qələbə ilə başlayıb

Milli komandamız hərbçilər arasında dünya kubokuna böyük hesablı qələbə ilə başlayıb
# 03 iyul 2013 12:38 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda hərbçilər arasında 1-ci dünya futbol kuboku turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə keçirilən bir oyun milli komandamızın iştirakı ilə olub.


Belə ki, Nazim Süleymanovun yetirmələri AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Mali yığması ilə üz-üzə gəlib. Yığmamız  böyük hesablı qələbə qazanıb - 4:0.
 

Süleymanov matçdan sonra açıqlamasında oyundan razı qaldığını və qələbə qazanacaqlarına inandığını bildirib: “Əzmkarlıq nümayiş etdirdikləri üçün futbolçulara təşəkkür edirəm. Tapşırıqları yerinə yetirməyə çalışırdılar. Fiziki hazırlığımız yaxşı səviyyədə olmasa da, komanda pis oynamadı. Çatışmazlıq kimi müdafiə xəttindəki diqqətsizliyi qeyd edə bilərəm. Hücuma qoşulan müdafiəçi top itirməməlidir. Əgər hücuma qoşulursa, onun mövqeyində mütləq komanda yoldaşı yer almalıdır. Əks təqdirdə rəqib əks-hücumlarda qapımızda təhlükə yaradır".

Qeyd edək ki, millimiz növbəti matçını iyulun 5-də Kanadaya qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR