Bank Of Baku

Milli komandamız tarixinin ən böyük hesablı qələbəsini qazanıb

Milli komandamız tarixinin ən böyük hesablı qələbəsini qazanıb
# 11 oktyabr 2013 13:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycan futbolunda görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, ölkəmizin 21 yaşadək futbolçulardan ibarət milli komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb.


Avro-2015-in seçmə mərhələsinin Norveçlə səfər oyununda 3:1 hesabı ilə qalib gələn U-21 yığmamız indiyədək heç vaxt 2 top fərqi ilə qalib gəlməmişdi. Bernard Lippertin yetirmələri ilkə Skandinaviyada imza atdılar.

Belə ki, qitə çempionatlarının seçmə mərhələlərində 1994-cü ildə debüt edən yığmamızın indiyədək qazandığı bütün qələbələr 1 top fərqi ilə olurdu. Belə qələbələrin sayı isə 7 idi. 

Yığmamız 3 dəfə 1:0, 3 dəfə 2:1 hesabı ilə qalib gəlmişdi. Tarixində 1 dəfə oyuna 3 qol vuran komandamız 3:2 hesablı qələbə də qazanmışdı. İndi isə komandamız 2-ci dəfə 90 dəqiqədə 3 dəfə rəqib qapısına yol tapdı. Lakin bu dəfə 2 deyil, 1 qol buraxdı. Bu həm də yığmamızın tarixində 3-cü səfər qələbəsidir. Buna qədər son qələbə də səfərdə əldə olunmuşdu.

Komandamızın bu rekord qələbəsi əlamətdar matça təsadüf etdi. Belə ki, komandamız seçmə mərhələlərdə 75-ci qarşılaşmasına çıxıb. Yubiley oyunundakı qələbə isə 8-ci olub. 4-cü dəfə qələbənin memarı olmaqla Lippert yerdə qalan çalışdırıcıların birlikdə nail olduğuna çatıb. İndi yığmamızın almaniyalıya qədər bütün baş məşqçilərinin ümumilikdə 4, Lippertin isə tək özünün 4 qələbəsi var.

Norveçlə Drammen şəhərindəki qarşılaşmada vurulan son qol isə yığmamızın seçmə mərhələlərdə yubiley – 40-cı topu olub. Bu əlamətdar qolu Tuğrul Erat vura bilib.

U-21-in bütün qələbələri

Vaqif Sadıqov
15.08.1995 Azərbaycan – Slovakiya - 1:0

Ağasəlim Mircavadov
09.10.1998 Azərbaycan – Macarıstan - 2:1

Əsgər Abdullayev
06.10.2000 Makedoniya - Azərbaycan - 1:2
04.09.2001 Azərbaycan - Makedoniya - 1:0


Bernard Lippert
04.09.2010 Azərbaycan – Albaniya - 3:2
29.02.2012 Azərbaycan – İslandiya - 1:0
05.06.2012 İslandiya - Azərbaycan - 1:2 10.10.2013. Norveç – Azərbaycan - 1:3
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR