Bakı - APA. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirə dəvət alıb. Apasport.az saytının məlumatına görə, millimiz martın 3-dən 6-dək Latviyanın paytaxtı Riqada keçiriləcək "Federasiya kuboku"nda iştirak edəcək.
Turnirdə 4 komanda mübarizə aparacaq. Latviya, Ukrayna və Finlandiyanın müvafiq yaş qrupundan ibarət yığmaları da kubok uğrunda yarışa qatılacaq.