Bank Of Baku

Millimiz Bakıda Şimali İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib

Millimiz Bakıda Şimali İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib
# 11 oktyabr 2013 20:15 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, F qrupunda mübarizə aparan Berti Foqtsun yetirmələri öz meydanında Şimali İrlandiyanı qəbul edib. 


Seçmə mərhələdə 9-cu oyununa çıxan millimiz ilk qələbəsini qazanıb. Rüfət Dadaşov və Mahir Şükürovun qolları ilə doğma azarkeşlərini sevindirən yığmamız 4-cü ev oyununu 3 xalla başa vurub. 
 

Bu qələbə sayəsində komandamız Azərbaycan futbolu tarixində görünməmiş nailiyyət əldə edib. Belə ki, seçmə mərhələdə 8 xal toplamağı bacaran komandamız bu səviyyəli yarışlarda çıxışının 19 illik tarixində ən yüksək nəticə göstərib. Foqtsun yetirmələri Avro-2012-nin seçmə mərhələsində toplanan 7 xallıq rekordu da arxada qoyub.

 

Qələbənin gətirdiyi bir rekord yığmamızı digər nailiyyətə də yaxınlaşdırıb. 4-cü pilləyə yüksələn komandamız bu mövqeyi qorumağı bacararsa, daha bir rekorda imza atacaq.

F qrupu

 

Azərbaycan – Şimali İrlandiya  2:0

 

Rüfət Dadaşov, 58; Mahir Şükürov, 90+3

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR