Bakı – APA. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Sloveniyada təlim-məşq toplanışı keçirəcək.
Mayın 25-də başlayacaq hazırlıq prosesi iyunun 5-dək davam edəcək. Yığmamızın toplanış çərçivəsində 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Lakin komandamızın rəqiblərinin adları dəqiqləşməyib.
Millinin heyəti toplanış ərəfəsində açıqlanacaq. Çünki ölkə kubokunun finalının keçiriləcəyi gün start götürəcək hazırlıqda həlledici matçın iştirakçıları sonradan qatılacaq.