Bank Of Baku

Naxçıvanda stadionun açılışı olub

Naxçıvanda stadionun açılışı olub
# 13 avqust 2013 14:43 (UTC +04:00)

Bakı – APA. Bu gün Naxçıvanda əsaslı təmirdən sonra İ.Axundlu adına Muxtar Respublika stadionunun açılışı olub. Apasport.az saytının xəbərinə görə, açılışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, yerli gənclər və idman naziri Azad Cabbarov, muxtar respublika idman federasiyalarının rəsmiləri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.


Xatırladaq ki, Naxçıvanın mərkəzi futbol arenası iyun ayında təmirə bağlanmışdı. Yenidənqurma və əsaslı təmirdən sonra stadiondakı oturacaq tutumu artırılıb. Artıq oyun zamanı 12800 tamaşaçı matçları seyr edə biləcək. Həmçinin, soyunub-geyinmə otaqları, məşq zalları da təmir olunub.

Qeyd edək ki, bu ildən birinci diviziona qoşulacaq “Araz” ev oyunlarını məhz bu stadionda keçirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR