Rusiya XİN: NATO-nun yeni baş katibinin fərqli mövqe sərgiləməsini gözləmək sadəlövhlük olardı

Rusiya XİN: NATO-nun yeni baş katibinin fərqli mövqe  sərgiləməsini gözləmək sadəlövhlük olardı
# 09 oktyabr 2014 15:36 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “NATO-nun yeni baş katibi Yens Stoltenberqin bəyanatları bizdə nikbinlik yaratmır”. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in sözçüsü Aleksandr Lukaşeviç deyib.

Rusiyalı diplomat NATO baş katibinin alyansın Uelsdə keçirilən sammitində qəbul olunan qərarlara uyğun hərəkət etdiyini söyləyib: “Yeni baş katibin fərqli mövqe sərgiləməsini gözləmək sadəlövhlük olardı”.

NATO ilə uzun illərdir ki, qurulan əlaqələrin qısa bir müddətdə bitdiyini vurğulayan mətbuat katibi tərəflər arasında dialoqun yenidən bərpa olunmasının çətin olacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR