Bakı-APA. Bu gün UEFA Çempionlar Liqasında təsnifat mərhələsinə yekun vurulub. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, ikinci oyun günündə daha 5 qarşılaşma keçirilib.
Azarkeşlərin maraqla gözlədiyi qarşılaşmalardan biri Şotlandiyada baş tutub. Qazaxıstanda “Seltik”i 2:0 hesabı ilə məğlub edən “Şaxtyor” səfərdə üstünlüyünü qorumağa çalışsa da, məqsədinə çata bilməyib.
Səfərdə Hollandiya PSV-si ilə 1:1 bərabərə qalan “Milan” isə evdə rəqibini darmadağın edib.
Qeyd edək ki, ötən gün keçirilən 5 oyundan sonra "Arsenal" (İngiltərə), "Şalke" (Almaniya), "Bazel" (İsveçrə), "Styaua" (Rumıniya) və "Austriya" (Avstriya) klubları qrup mərhələsinə vəsiqəni təmin edib.
Çempiolar Liqası
Pley-off mərhələsi (cavab oyunları)
28 avqust
“Zenit” (Rusiya) - “Pakuş Fereyra” (Portuqaliya) - 4:2
İlk oyun - 4:1
Danni, 29, 48, Buxarov, 66, Arşavin, 78 - Manuel Joze, 67, Karlao, 83
“Seltik” (Şotlandiya) – “Şaxtyor” (Qazaxıstan) - 3:0
İlk oyun - 0:2
Kommons, 45, Samaras, 48, Forrest, 90
“Real Sosyedad” (İspaniya) – “Lion” (Fransa) - 2:0
İlk oyun - 2:0
Vela, 67, 90
“Milan” (İtaliya) - PSV (Hollandiya) - 3:0
İlk oyun - 1:1
Boatenq, 10, 77, Balotelli, 55
“Maribor” (Sloveniya) – “Viktoriya” (Çexiya) - 0:1
İlk oyun - 1:3
Tesl, 3