Bank Of Baku

Rusiya – Azərbaycan oyununun vaxtı dəqiqləşib

Rusiya – Azərbaycan oyununun vaxtı dəqiqləşib
# 25 fevral 2016 11:42 (UTC +04:00)

Bakı – APA. AVRO-2017-nin seçmə mərhələsində mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, martın 24-də keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 

Görüş Rostov şəhərində baş tutacaq. Yığmamız səfər oyununu “Olimp-2” stadionunda keçirəcək.

 

Qeyd edək ki, millimiz Rusiya ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR