Bank Of Baku

Şenes Erzik AFFA-nın işini yüksək qiymətləndirib

Şenes Erzik AFFA-nın işini yüksək qiymətləndirib
# 07 mart 2014 12:49 (UTC +04:00)

Bakı – APA. AFFA-nın bu gün keçirilən Hesabat Konfransına UEFA-nın I vitse-prezidenti Şenes Erzik də qatılıb. Apasport.az saytının məlumatına görə, o, 1992-ci ildə özünün Türkiyə Futbol Federasiyasının prezidenti seçildiyini, AFFA-nın isə yarandığını xatırladıb.

Ötən müddətdə çox məşəqqətli günlər keçirdiklərini deyən Erzik əldə edilən uğurların keçmişi unutdurmağa başladığını bildirib: “O zamanlar ilk təməllər atıldı. 20 il ərzində Azərbaycana 15 dəfəyədək səfər etmişəm. Son 5 ildə gördüklərimə əsasən, 20 il ərzində görülməyən işlərin bu müddətdə görüldüyünü deyə bilərəm. Uğurlu nəticələrə imza atdığınız üçün hamınızı təbrik edirəm. 1994-cü ilin sonlarında seçmə mərhələ oyunları ərəfəsi idi. Stadionların vəziyyətinə dair hesabatda yeni üzvümüz AFFA-nın münasib stadionunun olmadığı üzə çıxdı. Həmin vaxt mən Azərbaycan yığmasının oyunlarının Türkiyədə keçirməsini istədim. Xoşbəxtlikdən, Azərbaycan və Türkiyə milliləri eyni qrupa düşmədi. Nəticədə yığmanız ev oyunlarını Trabzonda keçirməyə başladı. Türkiyə millisi isə 1996-cı il Avropa çempionatına ilk dəfə vəsiqə qazandı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR