ARNDŞ Ukraynadakı yanacaqdoldurma məntəqələrinin sayını 40-a çatdırıb

ARNDŞ Ukraynadakı yanacaqdoldurma məntəqələrinin sayını 40-a çatdırıb
# 15 oktyabr 2014 10:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada premium-klass tipli yanacaqdoldurma şəbəkəsini genişləndirməkdədir.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Kiyev vilayətinin Obuxov şəhərində yolun paytaxta gedən istiqamətində sayca 40-cı “SOCAR” YDM-i açılıb.

Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş “Avro-5” standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 “Nano” benzinləri və “Nano” dizel yanacağı təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR