Bank Of Baku

Təbriz Həsənov: “Bu qrupdan çıxmaq olar”

Təbriz Həsənov: “Bu qrupdan çıxmaq olar”
# 08 aprel 2016 11:17 (UTC +04:00)

Bakı – APA. “Mənə elə gəlir ki, bu qrupdan çıxmaq olar. Əsas odu ki, dediyimiz “top-komandalar”ın bəzilərindən uzaq olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.

 

17 yaşadək futbolçular arasında Azərbaycanda keçiriləcək Avropa çempionatının püşkatmasından sonra yığmamızın çalışdırıcısı jurnalistlərə açıqlama verib. Millimizin düşdüyü qrupu dəyərləndirən Həsənov komandamızın növbəti mərhələyə adlamaq şansını dəyərləndirib: “Qrupumuzdakı Portuqaliya, Belçika və Şotlandiya zəif komandalar deyil. Amma bu qrup səddini aşmaq olar. Bunun üçün əlimizdən gələni edəcəyik. Məncə, qrupumuzun ən güclüsü Portuqaliyadı. Belçika da çox güclü komandadı. Ancaq onlara qarşı da oynamaq olar. Komandaya yeni futbolçular cəlb olunacaq. Amma hələ adları açıqlamaq istəmirəm”.

 

Həsənov bildirib ki, yoxlama görüşü keçirmək istəsələr də, bu alınmayıb: “Ola bilsin, bu gün yenə danışıqlar olsun. Bəzi komandalar Bakıya 10 gün tez gələ bilərlər. Bizim qrupda düşməyən komandalarda tez gələn olsa, onlarla yoxlama görüşü keçirmək üçün danışıq aparacağıq. Çox istərdim ki, qrupumuzdakı komandalara uyğun olan rəqiblərlə danışaq. Məsələn, Portuqaliyanın oyun üslubu ilə eyni olan İspaniya ilə oynamaq istərdik. Belçikaya uyğun olan isə Avstriyadı. Əgər razı olsalar, onlarla üz-üzə gəlmək istərdik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR