Bakı – APA. Topaz Premyer Liqasının XX turunun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turun görüşləri 3 gün ərzində keçiriləcək.
“Rəvan” – “Neftçi” matçının yeri dəyişdirilib. Belə ki, XX turun matçı “Neftçi” – “Rəvan” kimi IV dövrənin XXVIII turunun görüşü isə “Rəvan” – “Neftçi” oyunu kimi qeydə alınacaq.
“İnter” və “Qəbələ” arasında turun mərkəzi oyunu fevralın 7-də keçiriləcək. Matç saat 17:30-da başlayacaq.
Topaz Premyer Liqası
XX tur
5 fevral (cümə)
16:30. “Neftçi” – “Rəvan”
8-ci km qəsəbə stadionu
6 fevral (şənbə)
15:00. “Sumqayıt” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Qarabağ” – “Xəzər Lənkəran”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
7 fevral (bazar)
13:30. “Kəpəz” – AZAL
Gəncə şəhər stadionu
17:30. “İnter” – “Qəbələ”
“İnter Arena”