Bakı – APA. Topaz Premyer Liqasının XXIII turunun oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Bu barədə məlumatın apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.
O bildirib ki, sabah baş tutacaq qarşılaşmalardan öncə Akif İsmayılovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq.
Premyer Liqa klubları bununla da 1999-2015-ci illər aralığında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru vəzifəsində çalışmış İsmayılovun ruhuna ehtiram nümayiş etdirəcək.
Qeyd edək ki, stadionun sabiq direktoru bu gün vəfat edib.