Bank Of Baku

U-17 Avropa çempionatında növbəti oyunlar keçirilib

U-17 Avropa çempionatında növbəti oyunlar keçirilib
# 06 may 2016 19:04 (UTC +04:00)

Bakı-APA. Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində birinci turun daha 4 qarşılaşması baş tutub.

 

Apasport.az saytının məlumatına görə, C və D qrupunun komandaları qrupda ilk oyunlarına çıxıblar.

 

Günün ilk matçında C qrupunda çıxış edən İtaliya Serbiyanı sınağa çəkib. Qatıldıqları bütün yaş qruplarındakı turnirlərin favoritlərindən hesab olunan “neradzurra” bu dəfə də qalib gəlib - 2:1.

 

C qrupunun 15:30-da başlayan ikinci oyununda isə Hollandiya millisi İspaniyaya uduzub. Pirineylilər 2 cavabsız qola seviniblər.

 

Saat 19:00-da isə D qrupunun iki oyununa eyni vaxtda start verilib. “Dalğa Arena”da Fransa ilə Danimarka kimin güclü olmasına aydınlıq gətirə bilməyiblər. Suraxanı qəsəbə stadionunda isə İngiltərə İsveçə uduzub - 1:2.

 

U-17-lər arasında AÇ-2016-nın final mərhələsi

Qrup mərhələsi, I tur

C qrupu

 

Fransa – Danimarka - 0:0

 

İngiltərə - İsveç - 1:2

Qollar: Nelson, 62 - Asoro, 4, 59

 

 

D qrupu

 

Hollandiya – İspaniya - 0:2

Qollar: Xordi Mbula, 16, Abel Ruiz, 52

 

İtaliya – Serbiya - 2:1

Qollar: Canluka Skamakka, 9, Moyse Kin, 32 - İqor Maksimoviç, 77

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR