Bank Of Baku

UEFA 2 erməni hakimini Avroliqa matçının gedişatına təsir etmək cəhdinə görə ömürlük diskvalifikasiya edib

UEFA 2 erməni hakimini Avroliqa matçının gedişatına təsir etmək cəhdinə görə ömürlük diskvalifikasiya edib
# 22 avqust 2013 22:45 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat təşkilatın rəsmi saytında dərc edilib.  

 

Xatırladaq ki, avqustun 6-da Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Avropa Liqasında keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə iki hakimin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul edib. 

 

Söhbət Avropa Liqasının I kvalifikasiya raundunda Finlandiyanın “İnter” və Farer adalarının “Vikinqur” komandaları arasında iyulun 11-də keçirilmiş cavab oyununa hakimlik etmiş baş hakim Andranik Arsenyan və onun köməkçisi Oqanes Avaqyandan gedir.

 

Qeyd edək ki, totalizatorlarda “İnter” - “Vikinqur” matçına qoyulan həddindən artıq yüksək pul qoyuluşları UEFA nümayəndələrinin diqqətindən yan keçməyib. Belə ki, oyunun nəticəsinə hətta 300 min avro məbləğində pul qoyuluşları olduğu bildirilir. Sövdələşmənin iştirakçısı olan erməni hakimlər “lazımi” nəticəni təmin etməyi öz üzərilərinə götürüblərmiş. Bu səbəbdən də, onlar  matç ərzində bir neçə dəfə əsassız penalti təyin ediblər.  

 

Ekspert Komitəsi və Ermənistan Futbol Federasiyasının rəhbərliyi hadisə ilə bağlı hərtərəfli araşdırma aparıb. Qeyd edək ki, Arsenyan və Avaqyan təqsirli olduqlarını və sövdələşmədə iştirak etdiklərini  etiraf ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR