Bakı-APA. UEFA Apelyasiya qurumu «Beşiktaş»ın 1 il Avropa miqyası oyunlara buraxılmaması barədə qərarı təsdiqləyib. «Beşiktaş» bu mövsüm Avropa Kuboklarında yer ala bilməyəcək.
«Fənərbağça»nın cəzası isə qismən endirilib. Bu klub artıq 2 il Avropa Kuboklarına yer almayacaq.
Bununla UEFA son sözünü deyib. Hər iki klubun Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməsi gözlənilir.