Bank Of Baku

Xorvatiya millisi DÇ-2018-ə vəsiqə qazanıb

Xorvatiya millisi DÇ-2018-ə vəsiqə qazanıb
# 12 noyabr 2017 22:51 (UTC +04:00)

Futbol üzrə DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.

 

 APA-nın xəbərinə görə, Xorvatiya yığması Pireydə DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin oyununda Yunanıstanla qolsuz heç-heçə edərək mundiala vəsiqəni təmin edib.

 

Xorvatiyada keçirilən ilk matçda meydan sahibləri rəqibi 4:1 hesabı ilə darmadağın etmişdi.

 

 Xorvatiya yığması 4 dəfə futbol üzrə dünya çempionatında iştirak edib (1998, 2002, 2006 və 2014-cü illərdə). Komanda 1998-ci ildə mundialın  üçüncü pilləsinə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR