Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yığmamızı Yılmaz Vural çalışdıra bilər.
Xəbərdə türkiyəli çalışdırıcının danışıq aparmaq üçün sentyabrın 22-də Bakıya gələcəyi qeyd olunur. İndiyə qədər 23 fərqli klubda çalışan Vuralın AFFA-dan rəsmi təklif aldığı və buna müsbət cavab verəcəyi söylənilir.
Qeyd edək ki, Yılmaz Vuralın son iş yeri Türkiyənin “Elazığspor” klubu olub.