Bank Of Baku

Zlatan İbrahimoviç ÇL-da yeddi klubun heyətində çıxış etmiş ilk futbolçu olub

Zlatan İbrahimoviç ÇL-da yeddi klubun heyətində çıxış etmiş ilk futbolçu olub
# 23 noyabr 2017 01:35 (UTC +04:00)

“Mançester Yunayted” klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında yeddi müxtəlif klubun heyətində çıxış etmiş ilk futbolçu olub.

 

APA-nın xəbərinə görə, ötən axşam isveçli forvard turnirin qrup mərhələsində “Bazel” ilə görüşdə meydana çıxıb. Matç “Bazel”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bundan əvvəl 36 yaşlı futbolçu “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və “PSJ”-nin formasında qitənin ən nüfuzlu turnirində iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR