Bu ilin yanvar-iyul aylarında Bakı bərk məişət tullantılarının yandırılması zavodunda 125,2 mln. kVt-st elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 2,2% artım deməkdir.
“APA-Economics” Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-iyul aylarında zavod 122,5 mln. kVt-st elektrik enerjisi istehsal edib.
Qeyd edək ki, ötən il zavod 200,6 mln. kVt-saat elektrik enerjisi istehsal edib.
Xatırladaq ki, zavod 2012-ci ilin dekabrında istifadəyə verilib. 20 hektar ərazidə inşa olunan zavodun illik emal gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı təşkil edir.