Bank Of Baku

Yurgen Qrabovski ölüb

Yurgen Qrabovski ölüb
# 11 mart 2022 17:37 (UTC +04:00)

AFR millisinin heyətində dünya çempionu olan Yurgen Qrabovski vəfat edib.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya Futbol İttifaqının mətbuat xidməti açıqlayıb.

DÇ-1974-ün qalibi 77 yaşında ölüb. Hücumçu və hücumameylli yarımmüdafiəçi kimi çıxış edən Qrabovski karyerasına “Bibrix”də başlayıb. O, 1965-80-ci illərdə “Ayntraxt”ın şərəfini qoruyub .

Qrabovski klubun heyətində iki dəfə Almaniya, bir dəfə UEFA kubokunu əldə edib. O, ümumilikdə 441 matçda 101 qola imza atıb. 1972-ci ilin Avropa çempionu yığmadakı 44 oyunda 5 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR