Bank Of Baku

“Yuventus” İtaliya millisinin futbolçusunu transfer edib

“Yuventus” İtaliya millisinin futbolçusunu transfer edib
# 14 iyul 2022 16:49 (UTC +04:00)

“Yuventus” “Cenoa”nın sol cinah müdafiəçisi Andrea Kambyasonu transfer edib.

Apasport.az xəbər verir ki, Turin klubu 22 yaşlı oyunçunun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.

İtaliyalı futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. “Qoca sinyora” bu keçid üçün qarşı tərəfə 8,5 milyon avro ödəyib. “Cenoa” daha 3 milyon avro bonus kimi əldə edə bilər. İtaliya gənclər yığmasında 5 oyun keçirən Kambyaso müdafiənin bütün xətrində oynaya bilir.

Qeyd edək ki, Andrea ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol, 4 asistlə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR