Bank Of Baku

“Yuventus” Kuadrado ilə müqaviləni yeniləyib

Xuan Kuadrado

© APA | Xuan Kuadrado

# 15 aprel 2022 16:31 (UTC +04:00)

Futbolçuları ilə müqavilələri uzatmaq prosedurunu davam etdirən “Yuventus” Xuan Kuadrado ilə anlaşmanı da yeniləyib.

Apasport.az saytı xəbər verir ki, kolumbiyalı ilə yeni anlaşma 2023-cü ilin yayında başa çatacaq.

Cənubi amerikalıya 2 illik müqavilə təklif olunsa da, 33 yaşlı futbolçu maaşının azaldılması ilə razılaşmayıb. Bu üzdən onunla əməkdaşlıq bir illik artırılıb.

Qeyd edək ki, 2015-ci ildən “byankoneri”nin şərəfini qoruyan Kuadrado 262 matçda 24 qol və 53 assistə imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR