Bank Of Baku

Azərbaycan, Nigeriya, Mali və Qana vətəndaşlarından ibarət dəstənin məhkəməsi başlayıb

Azərbaycan, Nigeriya, Mali və Qana vətəndaşlarından ibarət dəstənin məhkəməsi başlayıb
# 04 avqust 2008 11:32 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə Azərbaycan, Nigeriya, Mali və Qana vətəndaşlarından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, narkotik vasitələrin satışında təqsirləndirilən Ziyafət Fərəcova, Aminata Sanqore, Namiq Quliyev, Süleyman Sako Alkunovata, Layd Mensah, Pedro Nkem David və Nya-Neceutcha Daniel Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunurlar. Məhkəmə baxışı avqustun 11-ə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR