Bank Of Baku

Astarada narkotik satışında və istifadəsində təqsirləndirilən iki nəfər tutulub

Astarada narkotik satışında və istifadəsində təqsirləndirilən iki nəfər tutulub
# 07 avqust 2008 12:33 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olan iki rayon sakini tutulub. RPŞ rəis müavini Arzu Hacıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Kijəbə qəsəbə sakini, 1981-ci il təvəllüdlü Fərhad Vəliağa oğlu Əhmədov 1,17 qram narkotik vasitə olan heroini 60 manata satarkən saxlanılıb. Bundan başqa, narkotik vasitə qəbul edən Astara şəhər sakini Hafiz Məcid oğlu İsmayılov tutulub. Ondan istifadə üçün gizlətdiyi bir bükümdə 0,2 qram heroin götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR