Bank Of Baku

Baş həkimin qətlində təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Baş həkimin qətlində təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
# 07 avqust 2008 13:48 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Gəncə Apellyasiya Məhkəməsində Gədəbəy rayonunun Rəssullu kənd xəstəxanasının sabiq baş həkimi Rafiq Əsgərovu qətlə yetirməkdə təqsirləndirilən Tofiq Məhərrəmovun apellyasiya şikayətinə baxılıb. Zərərçəkmiş tərəfin nümayəndəsi Nərminə Məmmədovanın APA-ya verdiyi məlumata görə, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə T. Məhərrəmovun barəsində əvvəlki məhkəmə hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, T. Məhərrəmov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR