Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 08 avqust 2008 06:58 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri avqustun 7-də saat 20.40-dan 20.45-dək və 21.30-dan 21.45-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari, İcevan rayonu Berkaber kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Qazax rayonunun Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 14.10-dan 14.20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 20.45-dən 20.52-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.00-dan 23.30-dək və avqustun 8-də saat 01.50-dən 02.00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 01.00-dan 01.55-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 02.10-dan 02.40-dək isə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR