Bank Of Baku

Masallı sakini intihar edib

Masallı sakini intihar edib
# 03 noyabr 2008 10:08 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallıda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı rayonunun Qızılağac kənd sakini, 1975-ci il təvəllüdlü İqbal Nəriman oğlu Sadıqov ov tüfəngi ilə ürək nahiyəsinə atəş açaraq özünü öldürüb. Mərhumun üzərində və evində axtarış zamanı şpris, narkotik maddələrin qəbulu zamanı istifadə olunan qablar və az miqdarda heroin aşkarlanıb. İlkin versiya kimi İ. Sadıqovun narkotika aludəçisi olduğu bildirilib. Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR