Bank Of Baku

Narkotik maddələrin satışında təqsirləndirilən Masallı sakinləri tutulub

Narkotik maddələrin satışında təqsirləndirilən Masallı sakinləri tutulub
# 03 noyabr 2008 10:13 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallı rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki şəhər sakini tutulub. Masallı rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı şəhər sakinləri Ziyafət Ağa oğlu Nəzərov və Altay Əli oğlu Sultanov şəhər ərazisində narkotik maddələrin satışı zamanı polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərinə baxış keçirilərkən Z. Nəzərovdan 0,210 qram, A. Sultanovdan isə 0,200 qram narkotik vasitə olan heroin aşkarlanıb. Faktla bağlı Masallı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR