Bank Of Baku

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən sabiq məktəb direktoru həbs edilib

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən sabiq məktəb direktoru həbs edilib
# 03 noyabr 2008 11:25 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsindən (ŞPİ) APA-ya verilən məlumata görə, Şəmkir rayon sakini, 1949-cu il təvəllüdlü Fəxrəddin İbrahim oğlu Salahov Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində aparılan istintaq işi ilə əlaqədar saxlanılıb. F. Salahov uzun müddət Gəncə şəhər 25 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Onun vəzifədə olduğu müddətdə Azərbaycanın bir sıra rayonlarında vətəndaşlardan işə düzəltmək adı ilə külli miqdarda pul aldığı bildirilir. Elə həmin əməllərinə görə F. Salahov bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb və Respublika Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Bu ilin oktyabr ayında Baş Prokurorluq F. Salahov barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib. Gəncə ŞPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F. Salahov Gəncə şəhərində saxlanılaraq Respublika Baş Prokurorluğuna təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR