Bank Of Baku

Moskvada yerlilərlə qafqazlılar arasında kütləvi dava baş verib, xəsarət alanlar var

Moskvada yerlilərlə qafqazlılar arasında kütləvi dava baş verib, xəsarət alanlar var
# 04 noyabr 2008 07:08 (UTC +04:00)
Moskva - APA. Noyabrın 3-də gecə saatlarında Moskva ətrafındakı Solneçnoqorsk qəsəbəsində kütləvi dava baş verib. APA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, yerlilərlə qafqazlılar arasında baş vermiş davada 7 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, dava Solneçnoqorskun mərkəzi parkının yaxınlığındakı dayanacaqda Moskva vaxtı ilə saat 22.00-da başlayıb. 60-70 nəfər iştirak etdiyi davada iki nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb, beş nəfər isə bıçaq və armatur zərbələrindən xəsarət alıb. Bir neçə nəfər artıq xəstəxanaya yerləşdirilib.

Milislər davanın 20-dək iştirakçısını saxlayıb, onlar şöbəyə aparılıblar. Hüquq-mühafizə orqanları hazırda insidentin səbəblərini aydınlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR