Bank Of Baku

Dördüncü mərtəbədən yıxılan Lənkəran sakini sağ qalıb

Dördüncü mərtəbədən yıxılan Lənkəran sakini sağ qalıb
# 04 noyabr 2008 07:13 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran sakini yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından APA-nın cənub bürosuna verilən məlumata görə, şəhərin Heydər Əliyev küçəsi, 19 ünvanında yaşayan 1986-ci il təvəllüdlü Ramin Mirzəhüseyn oğlu Rzayev yaşadığı binanın dördüncü mərtəbəsindən yerə yıxılıb. Huşsuz vəziyyətdə olan R. Rzayev sol yuxarı ətrafının qapalı travması diaqnozu xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. R. Rzayev yaşadığı mənzilin balkonunda təmizlik işləri apararkən ehtiyatsızlıqdan yerə yıxıldığını bildirib. Xəstəxananın həkimi Hikmət Əliyev APA-nın əməkdaşına bildirib ki, R. Rzayev müayinə və müalicə üçün Bakı şəhərinə yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR