Bank Of Baku

Lənkəranda baş verən yol qəzasından 1 nəfər ağır xəsarət alıb

Lənkəranda baş verən yol qəzasından 1 nəfər ağır xəsarət alıb
# 04 noyabr 2008 07:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Ələt-Astara magistral yolunun 206-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Hikmət Ağayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Lənkəran rayon sakinləri, 1958-ci il təvəllüdlü Firudin İmran oğlu Bəqəliyevin idarə etdiyi “VAZ-2107” markalı 42 BJ 833 dövlət nömrə nişanlı avtomobil 1963-cü il təvəllüdlü Rafiq Oruc oğlu Orucovun idarə etdiyi “Mersedes” markalı 10 UA 140 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”-nin sürücüsü sağ diz oynağında qapalı əzilmə və döş qəfəsində qapalı travma diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR