Bank Of Baku

Bakı məhkəmələrinin birində şikayətçi hakimi döyüb

Bakı məhkəmələrinin birində şikayətçi hakimi döyüb
# 04 noyabr 2008 17:16 (UTC +04:00)
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bu il noyabrın 3-də Suraxanı rayon məhkəməsinin hakimi Mütəllim Allahverdi oğlu İsayevin sədrliyi ilə keçirilən prosesdə vətəndaş Zirəddin Hacı oğlu Abbasovun iddiasına baxılıb. Z. Abbasov proses zamanı məhkəmənin onun xeyrinə qətnamə çıxarmasını tələb edib və hakimə zor tətbiq etməklə bıçaqla hədələyib. O, hakimin üz nahiyəsinə təpiklə vurmaqla xəsarət yetirib.

Hadisə ilə əlaqədar noyabrın 3-də Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü maddəsi ilə cinayət işi başlanılıb və Zirəddin Abbasov tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR