Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir
# 05 noyabr 2008 07:07 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri noyabrın 4-də saat 10.20-dən 10.35-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 23.00-dək və noyabrın 5-də saat 00.00-dan 00.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.00-dan 00.30-dək isə Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR