Bank Of Baku

Naxçıvanda qadınlar yol patrul xidməti inspektoru işləyəcəklər

Naxçıvanda qadınlar yol patrul xidməti inspektoru işləyəcəklər
# 05 noyabr 2008 07:24 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisi İdarəsinin əlahiddə yol patrul xidməti inspektoru vəzifəsinə xidmətə qadınların qəbulu ilə əlaqədar müsabiqə elan edib. DİN-in müsabiqə komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, qəbul prosesi test imtahanlarından və müsahibədən ibarət olacaq. Daxili işlər orqanlarında xidmət üçün könüllülük prinsipi əsasında, şəxsi və işgüzar keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan qadınlar sənəd verə bilərlər. Müsabiqə elan olunan əlahiddə yol patrul xidməti inspektoru vəzifəsinin aylıq vəzifə maaşı 404 manatdır.
Müsabiqə komissiyasından onu da bildiriblər ki, daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə yalnız orta və orta ixtisas təhsilli qadınlar qəbul edilirlər. Sənəd qəbulu noyabrın sonunda başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR