Bank Of Baku

“Ak Petrol” yanacaqdoldurma məntəqəsində partlayış baş verib

“Ak Petrol” yanacaqdoldurma məntəqəsində partlayış baş verib
# 05 noyabr 2008 07:44 (UTC +04:00)
Nizami rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun APA-ya verdiyi məlumata görə, hadisə bu gecə Babək prospektində yerləşən “Ak Petrol” yanacaqdoldurma məntəqəsində baş verib. Partlayış nəticəsində iki nəfər- yanacaqdoldurma məntəqəsinin operatorları Qalib Məmmədhüseynov və Asif Salmanov ağır yaralanıblar.

Yaralıların xəstəxanaya yerləşdirildiyini deyən polis rəisi onların vəziyyətinin ağır olduğunu söyləyib. İ. Əsədov partlayışa məntəqədəki qaz balonunda baş vermiş alışmanın səbəb olduğunu bildirib.

Faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR