Bank Of Baku

Türkiyə polisinin nümayəndələri Şirvan Polis Şöbəsində olublar

Türkiyə polisinin nümayəndələri Şirvan Polis Şöbəsində olublar
# 05 noyabr 2008 09:41 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov-APA. Türkiyə polisinin nümayəndələri ATƏT-in Bakı Ofisinin xətti ilə Şirvan Polis Şöbəsində olublar. Şirvan polis rəisinin əməliyyat işi üzrə müavini İrşad Rzayevin APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, görüş zamanı Türkiyə Daxili İşlər Nazirliyi baş direktorluğu kriminal polis laboratoriyaları dairəsinin nümayəndələri Polis Şöbəsi rəhbərliyi və şəxsi heyətlə kriminalistika sahəsində təcrübə mübadiləsi aparıb, şəhər polisinin kriminalistika sahəsindəki iş prinsipləri ilə maraqlanıblar. Görüşdə Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin (polis təşkilatı) təmsilçisi Atakan Özdəmir, Kriminal polis laboratoriyaları dairəsinin başqanı Seyid Dəmirçi və başqan yardımçısı Səlcuq Qızılad iştirak ediblər. Səfər çərçivəsində Türkiyə polisinin nümayəndələri Gəncə, Şəki və Mingəçevir şəhərlərinin polis şöbələrində də olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR