Bank Of Baku

Ağdamda baş verən yol qəzasında ata və oğul ağır yaralanıb

Ağdamda baş verən yol qəzasında ata və oğul ağır yaralanıb
# 05 noyabr 2008 10:18 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığında yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Quzanlı-Xındırıstan yolunda hərbi maşınla 20 BB 526 nömrə nişanlı QAZ-24 markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan Bərdə rayon sakinləri - Səfərov Maarif Əmir oğlu və Səfərov Samir Maarif oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər ata və oğulun vəziyyətini orta-ağır qiymətləndiriblər. Faktla bağlı Bərdə Hərbi Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR