Bank Of Baku

Bakıda 13 yaşlı uşaq qarət edilib

Bakıda 13 yaşlı uşaq qarət edilib
# 05 noyabr 2008 10:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı şəhərində 13 yaşlı uşaq qarət olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1995-ci il təvəllüdlü Məhəmməd Fikrət oğlu Rəcəbli tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs 13 yaşlı uşağa xəsarət yetirməklə əlindəki mobil telefonunu alaraq hadisə yerindən qaçıb. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Soltan Akif oğlu Sultanov həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR