Bank Of Baku

Qaz sobasıyla ehtiyatsız davranan ana və qız yanıq xəsarətləri alıb

Qaz sobasıyla ehtiyatsız davranan ana və qız yanıq xəsarətləri alıb
# 13 noyabr 2008 10:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Abşeron rayonunda qaz sobasıyla ehtiyatsız davranan ana və qız xəsarət alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün Abşeron rayonunun Saray bağlarında qeydə alınıb. Orada məcburi köçkün kimi məskunlaşan, Qubadlı rayon sakini İradə Rüstəmova və qızı Tavad evdə yerləşdirilmiş qaz sobası ilə ehtiyatsız davrandıqları üçün yanıq xəsarəti alıblar. Xəsarət alan ana və qız xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR