Bank Of Baku

Jan Klaus: “Azərbaycanda Məhkəmə Hüquq Şurası Avropa Şurasının tələblərinə uyğun qurulub”

Jan Klaus: “Azərbaycanda Məhkəmə Hüquq Şurası Avropa Şurasının tələblərinə uyğun qurulub”
# 13 noyabr 2008 13:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Azərbaycanda yaradılmış Məhkəmə Hüquq Şurası Avropa Şurasının tələblərinə uyğun qurulub”. Bu sözləri APA-ya Avropa Şurası Hüquq Departamentinin Bakıda səfərdə olan məsul əməkdaşı Jan Klaus deyib. J. Klausun sözlərinə görə, Avropa Şurasının Azərbaycanın qarşısında qoyduğu tələblərdən biri də ölkədə müstəqil Məhkəmə Hüquq Şurasının fəaliyyət göstərməsi və şuranın üzvlərinin hakimlərdən ibarət olmasıdır: “Bu baxımdan deyə bilərəm ki, tələblərimiz Azərbaycanda standartlara uyğun həyata keçirilib”.

Azərbaycanda hüquq sahəsində aparılan islahatlara toxunan AŞ nümayəndəsi ölkədə hakimlərin müsabiqə yolu ilə seçilməsi prosesini yüksək qiymətləndirib: “Məndə olan məlumata görə, 2008-ci ildə Azərbaycanda test üsulu ilə 102 nəfər hakim seçilib. Ümid edirəm ki, bu proses getdikcə təkmilləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR