Bank Of Baku

Balakən sakini pilləkəndən yıxılaraq ölüb

Balakən sakini pilləkəndən yıxılaraq ölüb
# 13 noyabr 2008 13:51 (UTC +04:00)
Balakən. Vüqar Heydərov. APA. 53 yaşlı Balakən sakini bədbəxt hadisə nəticəsində ölüb. Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 22.15 radələrində rayonun Qullar kəndində qeydə alınıb. Qullar kənd sakini, 1955-ci il təvəllüdlü Məmmədov Cəfər Bağır oğlu yaşadığı evin pilləkənindən yıxılaraq ölüb. Alkoqola meylli olduğu bildirilən C. Məmmədovun pilləkəndən yıxılan zaman infarkt keçirdiyi güman olunur.

Hadisə ilə bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR