Bank Of Baku

Ermənistanda əsirlikdə olan Azərbaycan əsgərinin valideynlərinə göndərdiyi sonuncu məktubun məzmunu açıqlanıb

Ermənistanda əsirlikdə olan Azərbaycan əsgərinin valideynlərinə göndərdiyi sonuncu məktubun məzmunu açıqlanıb
# 13 noyabr 2008 14:45 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənovun valideynlərinə göndərdiyi məktubun məzmunu açıqlanıb. Əsir əsgərin valideynlərinin APA-nın Qarabağ bürosuna təqdim etdiyi məktubda R. Həsənov valideynlərindən ona görə narahat olmamağı xahiş edib. Əsir yazır: “Əziz ata! Hamınızı salamlayıram. Atamı, anamı, qardaşlarım Azər və Afiqi... Eyni zamanda onların həyat yoldaşlarını və bacımı. Həmçinin kiçik Rəhmana böyük salamımı yetirin. Mənim qardaşım oğluna... Rəhmanı qarşıdan gələn 4 dekabr ad günü münasibəti ilə, qardaşım Afiqi isə 20 dekabr ad günü münasibəti ilə təbrik edirəm. Hər ikisinə xoşbəxtlik arzulayıram. Xahiş edirəm mənim adımdan balaca Rəhmana hədiyyə alın və üzündən öpün. Mənə görə narahat olmayın. Mən yaxşıyam”.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin əməkdaşları Rafiq Həsənovun məktubunu ailəsinə bu gün çatdırıblar. BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları Rafiq Həsənova noyabrın 7-də üçüncü dəfə baş çəkib, onun saxlanma şəraitinin monitorinqini aparıb, məktubunu alıblar.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonun Kəmərli kəndi istiqamətində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR