Bank Of Baku

Bakıda heroin alveri ilə məşğul olan Gürcüstan vətəndaşı həbs edilib

Bakıda heroin alveri ilə məşğul olan Gürcüstan vətəndaşı həbs edilib
# 14 noyabr 2008 07:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda heroin alveri ilə məşğul olan Gürcüstan vətəndaşı həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ilə məşğul olan Gürcüstan vətəndaşı, 1973-cü il təvəllüdlü David Jabanişvili saxlanılıb. Onun üzərindən 0,259 qram heroin aşkarlanıb. Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR