Bank Of Baku

Tərtərdə həyat yoldaşını qətlə yetirən qadın tutulub

Tərtərdə həyat yoldaşını qətlə yetirən qadın tutulub
# 05 dekabr 2008 12:00 (UTC +04:00)
Bakı-APA. Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Tərtər rayon sakini həbs edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, noyabrın 28-də Tərtər rayonunun Səhlabad kənd sakini Vahid Məmmədovun kəsici alətlə qətlə yetirilmiş meyiti evində tapılıb. Faktla əlaqədar DİN-in Baş Cinayət-Axtarış İdarəsi və Tərtər rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı onun ailə münaqişəsi zəminində arvadı Rəfiqə Məmmədova tərəfindən balta ilə öldürülməsi müəyyən edilib. R. Məmmədova tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR