Bank Of Baku

Hərbi hissədə yanğın baş verib, ölən və xəsarət alanlar var

Hərbi hissədə yanğın baş verib, ölən və xəsarət alanlar var
# 05 dekabr 2008 12:42 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Azərbaycan Müdafiə Nazirliyinin Ağcabədidə yerləşən hərbi hissəsində dekabrın 4-dən 5-nə keçən gecə baş verib. Əsgər kazarmasında başlayan yanğın nəticəsində 2 əsgərin öldüyü, 2-sinin isə müxtəlif yanıq xəsarətləri aldığı bildirilir. Ölən əsgərlərdən biri 1987-ci il təvəllüdlü, 2008-ci ilin yanvarında Gəncə Şəhər Nizami rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Abdullayev Samir Rafiq oğludur. Digər zərərçəkənlərin adını dəqiqləşdirmək hələlik mümkün olmayıb. Yaralı əsgərlər Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdiriliblər. Yanğının hansı səbəbdən baş verdiyi də hələlik açıqlanmır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR